Tor (Marvel Comics)

Tor
Thor
Siege #2 komiksində rəssam Qabriel Dell Otto (ing. Gabriele Dell'Otto) tərəfindən çəkilmiş Tor tərviri
Nəşriyyat ABŞ Marvel Comics
Yayım tarixi

"Venera" #51 (1951)

"Müəmmaya səyahət" #83 (avqust, 1962) (müasir)
Yaradıcı(lar) Sten Li
Lari Liber
Cek Kirbi
Xüsusiyyətlər
Əsl adı Tor Odinson
Doğum yeri Asqard
Cinsiyyəti kişi
Boyu 198 sm
Çəkisi 290 kq
Göz rəngi göy
Saç rəngi sarı
Növü asqardlı
Komiks bioqrafiyası
Üzvlükləri Qisasçılar
Üç döyüşçü
Tanrı heyəti
Tor Korpusu
Əsrarəngiz Qisasçılar
Partnyorları Beta Ray Bill
Sif
Yaxınları Loki, Hela
Düşmənləri Loki, Hela
Ləqəbləri Donald Bleyk, Erik Masterson, Odinson, Şimşək tanrısı,
Gücləri ildırım yaratmaq və onu idarə etmək
yaşlanmamaq, suya, yeməyə, havaya ehtiyac olmamaq
yorulmamaq
inanılmaz güc, dayanıqlıq
uçmaq
Silahları Myolnır

Tor (ing. Thor) — Marvel Comics nəşriyyatı tərəfindən yaradılan komiks personajı. Tor personajı german-skandinav mifologiyasındakı şimşək tanrısı Torun əsasında yaradılmışdır. Torun əlində tutduğu çəkici Myolnır da german-skandinav mifologiyasından ilhamlanmışdır.

Tor ilk dəfə komiks nəşriyyatının gümüş dövründə — 1962-ci ilin avqustunda "Müəmmaya səyahət" komiksinin 83-cü buraxılışında peyda olmuşdur. Personajın yaradıcıları Sten Li, Cek Kirbi və Lari Liberdir. Tezliklə Tor məşhurluq qazanmış, özünün Qisasçılar komandasında tapmış və "Qisasçılar" komiksinin hər nəşrində görünməyə başlamışdır. Tor bir çox filmə, oyuncağa, filmə, teleseriala, geyimə mövzu olmuşdur.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy